Ağac ək


Od çərşənbəsi münasibətilə ağacəkmə tədbiri keçirilib

icon donation 28 Fevral 2023

Od çərşənbəsi münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinin sakinləri ziyarət olunub, müəssisənin həyətində ağacəkmə tədbiri keçirilib.

Ahıllarla görüşən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli, ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev Od çərşənbəsi münasibətilə onlara təbriklərini ifadə ediblər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyininin birgə təşkil etdiyi tədbir zamanı hər iki nazirliyin nümayəndələri və könüllülərin, habelə ahıl sakinlərin iştirakı ilə müəssisənin həyətində müxtəlif növlərdə ağaclar əkilib.

DİM

BİZ DAYANIQLI İNKİŞAF
HƏDƏFLƏRİNƏ İNANIRIQ!

Davamlı İnkişaf Məqsədləri qarşıdakı illər ərzində ölkələrin "heç kəsi kənarda qoymamaq" prinsipini rəhbər tutmasını və iqlim dəyişikliyi ilə mübarizə aparmaq məqsədilə bütün səylərini səfərbər edilməsini tələb edir. Bu məqsədlər sayəsində birləşərək gələcəksiz, qeyri-bərabər, texnoloji geriləmə ilə olan inkişafa yox deyirik!