Ağac ək


Növbəti ağacəkmə tədbiri keçirilib

icon donation 27 Aprel 2023

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkil etdiyi növbəti ağacəkmə tədbiri bu gün Elm və Təhsil Nazirliyinin rəsmilərinin, əməkdaşlarının və könüllülərin iştirakı ilə keçirilib.

Yaşıllıqların artırılmasına, ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş Ulu Öndər Heydər Əliyevin 100-cü ildönümü münasibətilə Müşfiqabad qəsəbəsində keçirilən ağacəkmə aksiyası zamanı Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.

DİM

BİZ DAYANIQLI İNKİŞAF
HƏDƏFLƏRİNƏ İNANIRIQ!

Davamlı İnkişaf Məqsədləri qarşıdakı illər ərzində ölkələrin "heç kəsi kənarda qoymamaq" prinsipini rəhbər tutmasını və iqlim dəyişikliyi ilə mübarizə aparmaq məqsədilə bütün səylərini səfərbər edilməsini tələb edir. Bu məqsədlər sayəsində birləşərək gələcəksiz, qeyri-bərabər, texnoloji geriləmə ilə olan inkişafa yox deyirik!