Ağac ək


Ölkə ərazisinin meşə fondu torpaqlarında payız əkin mövsümü ilə əlaqədar bugünədək ümumilikdə 98 hektar ərazidə hazırlıq işləri aparılıb

icon donation 31 İyul 2023

Payız əkin mövsümündə meşəbərpa tədbirlərinin həyata keçirilməsi məqsədilə Regional Meşə Təsərrüfatı Mərkəzlərinin xidməti ərazilərində hazırlıq işləri davam edir.

Meşələrin İnkişafı Xidmətinin rəisi Cabbar Qəribov bildirib ki, payız əkin mövsümünə hazırlıq məqsədilə meşəbərpa tədbirlərinin keçiriləcəyi ərazilərdə torpaq hazırlığı və əkinlərdə istifadə etmək məqsədilə müxtəlif ağac tinglərinin yetişdirilməsi işləri görülür.

“Ölkə ərazisinin meşə fondu torpaqlarında Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşları tərəfindən payız əkin mövsümü ilə əlaqədar bugünədək ümumilikdə 98 hektar ərazidə hazırlıq işləri aparılıb”.

Xidmət rəisinin sözlərinə görə, bu il ərzində respublikanın meşə və qeyri-meşə fondu ərazilərində ümumilikdə 3 milyon tingin əkilməsi planlaşdırılıb.

C.Qəribov onu da qeyd edib ki, bu ilin yaz əkin mövsümündə 1885 hektar meşə fondu torpağında 1 milyon 100 mindən artıq ting əkilib.

“Aparılan müşahidə və monitorinqlərə əsasən yaz mövsümündə əkilən ağacların bitiş faizinin 75-80 faiz olduğu müəyyən edilib. Bu tendesiyanın ilin sonunadək davam edəcəyi gözlənilir”.

DİM

BİZ DAYANIQLI İNKİŞAF
HƏDƏFLƏRİNƏ İNANIRIQ!

Davamlı İnkişaf Məqsədləri qarşıdakı illər ərzində ölkələrin "heç kəsi kənarda qoymamaq" prinsipini rəhbər tutmasını və iqlim dəyişikliyi ilə mübarizə aparmaq məqsədilə bütün səylərini səfərbər edilməsini tələb edir. Bu məqsədlər sayəsində birləşərək gələcəksiz, qeyri-bərabər, texnoloji geriləmə ilə olan inkişafa yox deyirik!