Ağac ək


Meşə fondu ərazilərində payız əkin mövsümünə hazırlıq işləri davam edir

icon donation 08 Avqust 2023

Payız əkin mövsümündə meşəbərpa tədbirlərinin həyata keçirilməsi məqsədilə Sabirabad rayonunun 71, Ağcabədi rayonunun 37, Quba rayonunun 9, Şəki rayonunun 6, Şabran rayonunun 2, Cəlilabad rayonunun 9, İsmayıllı rayonunun 8, Tovuz və Şəmkir rayonlarının isə 1 hektar meşə fondu ərazisində torpaq hazırlığı işləri görülüb.

Payız əkin planına uyğun olaraq sözügedən rayonların meşə ərazilərində Regional Meşə Təsərrüfatı Mərkəzlərinin tinglik sahələrində yetişdirilən ağcaqayın, qarağac, çinar, cökə, göyrüş, akasiya, palıd, fıstıq, vələs və digər ağac növləri əkiləcək, toxumlar səpiləcək.

DİM

BİZ DAYANIQLI İNKİŞAF
HƏDƏFLƏRİNƏ İNANIRIQ!

Davamlı İnkişaf Məqsədləri qarşıdakı illər ərzində ölkələrin "heç kəsi kənarda qoymamaq" prinsipini rəhbər tutmasını və iqlim dəyişikliyi ilə mübarizə aparmaq məqsədilə bütün səylərini səfərbər edilməsini tələb edir. Bu məqsədlər sayəsində birləşərək gələcəksiz, qeyri-bərabər, texnoloji geriləmə ilə olan inkişafa yox deyirik!