Ağac ək


4 noyabr 2023-cü il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “ASAN xidmət”in “YAŞAT” Fondunun birgə əməkdaşlığı çərçivəsində ağacəkmə aksiyası keçirilib.

icon donation 04 Noyabr 2023

8 Noyabr - Zəfər Gününə həsr olunan tədbir çərçivəsində Müşfiqabad qəsəbəsində 1000 ədəd şam və zeytun ağacı əkilib.

Aksiyada Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin rəsmiləri və nümayəndələri, “ASAN xidmət”in şəhid ailə üzvləri və müharibə iştirakçıları olan əməkdaşları, eyni zamanda ASAN könüllülər və ekokönüllülər iştirak edib.

DİM

BİZ DAYANIQLI İNKİŞAF
HƏDƏFLƏRİNƏ İNANIRIQ!

Davamlı İnkişaf Məqsədləri qarşıdakı illər ərzində ölkələrin "heç kəsi kənarda qoymamaq" prinsipini rəhbər tutmasını və iqlim dəyişikliyi ilə mübarizə aparmaq məqsədilə bütün səylərini səfərbər edilməsini tələb edir. Bu məqsədlər sayəsində birləşərək gələcəksiz, qeyri-bərabər, texnoloji geriləmə ilə olan inkişafa yox deyirik!