Ağac ək


8 noyabr - Zəfər Günündə Astara və Masallı rayonlarında ağacəkmə aksiyaları keçirilib

icon donation 08 Noyabr 2023

Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsini əbədiləşdirmək məqsədilə Zəfər günündə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivinin, Vətən müharibəsində iştirak edən Nazirlik əməkdaşlarının iştirakı ilə ölkə ərazisində genişmiqyaslı ağacəkmə aksiyaları keçirilib.

Zəfər bayramına töhfə vermək məqsədilə keçirilən ağacəkmə aksiyaları Astara və Masallı rayonları ərazisində də təşkil olunub. Nazirlik əməkdaşlarının və hərbçilərin iştirakı ilə 5000-ə yaxın ağcaqayın, palıd, göyrüş ağacı əkilib.

DİM

BİZ DAYANIQLI İNKİŞAF
HƏDƏFLƏRİNƏ İNANIRIQ!

Davamlı İnkişaf Məqsədləri qarşıdakı illər ərzində ölkələrin "heç kəsi kənarda qoymamaq" prinsipini rəhbər tutmasını və iqlim dəyişikliyi ilə mübarizə aparmaq məqsədilə bütün səylərini səfərbər edilməsini tələb edir. Bu məqsədlər sayəsində birləşərək gələcəksiz, qeyri-bərabər, texnoloji geriləmə ilə olan inkişafa yox deyirik!