"Türk dövlətləri milli ağaclandırma günü" münasibətilə Samux rayonunda da ağacəkmə aksiyası təşkil edilib
12
Noyabr
2023
Noyabr ayının 11-də Samux Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Samux-Kür yolu ərazisində ağacəkmə askiyası keçirilib.
Samux Rayon İcra Hakimiyyətinin başçısının, Türkiyənin Gəncədəki baş konsulunun, 14 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin, Gənclər və İdman İdarəsinin, hüquq-mühafizə orqanlarının əməkdaşlarının və şəhid ailələrinin iştirakı ilə keçirilən ağacəkmə aksiyasında 2 hektar sahədə yerli iqlim şəraitinə uyğun 1111 ədəd Eldar şamı əkilib.
Şəkillər
Tərəfdaş
TamEko VISA Classic Debet
Kart tam ekoloji material olmaqla dünya okeanından toplanmış təkrar emal olunan plastik materialdan hazırlanıb. TamEko kartı sifariş verdiyiniz zaman hər karta görə bir ağac əkiləcək.