Ağac ək


Vətənin müdafiəsində dayanan hərbi qulluqçular ağac əkərək təbiətimizə töhfə verib

icon donation 07 Mart 2023

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən növbəti ağacəkmə aksiyası Yel çərşənbəsi günündə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgər və zabitlərinin iştirakı ilə keçirilib.

Daim Vətənin müdafiəsində dayanan hərbi qulluqçular ETSN-in nümayəndələri ilə birgə təbiətimizə töhfə vermək üçün Müşfiqabad qəsəbəsinin 3 hektar ərazisində Abşeron yarımadasının iqliminə uyğun 1500 ədəd müxtəlif növ ağac tingi əkib.

DİM

BİZ DAYANIQLI İNKİŞAF
HƏDƏFLƏRİNƏ İNANIRIQ!

Davamlı İnkişaf Məqsədləri qarşıdakı illər ərzində ölkələrin "heç kəsi kənarda qoymamaq" prinsipini rəhbər tutmasını və iqlim dəyişikliyi ilə mübarizə aparmaq məqsədilə bütün səylərini səfərbər edilməsini tələb edir. Bu məqsədlər sayəsində birləşərək gələcəksiz, qeyri-bərabər, texnoloji geriləmə ilə olan inkişafa yox deyirik!