Ziraat Bank - Novruz Bayramı
QAYDALAR:
- Əkin sahəsi və əkilən ağacların növləri ərazinin coğrafi və iqlim xüsusiyyətlərinə uyğun olaraq müəyyən edilir.
- Ağacların əkilməsi və onlara aqrotexniki qulluğun göstərilməsi “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC-nin ixtisaslı mütəxəssisləri tərəfindən həyata keçirilir.
- Minimum 1 ədəd ağac əkilməsi mümkündür. Əkilən ağaclar üçün maksimum say limiti tətbiq edilmir.
- Əkilmiş ağaclara dair iddia ilə çıxış etmək, birbaşa özəlləşdirmək məqsədi ilə üzərinə lövhə vurmaq, ətrafına sərhəd çəkmək qadağandır.
- Ağac əkmiş, həmçinin hədiyyə qəbul etmiş şəxslərə dair fərdi məlumatlar təhlükəsiz şəkildə saxlanılır və heç bir halda 3-cü tərəflərə təqdim edilmir.
- Anonim olaraq əkilmiş ağaclara dair sertifikat təqdim edilmir.