Ağac ək

Layihə haqqında


“Yaşıl Gələcək” layihəsi “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC və tərəfdaşlarının birgə təşəbbüsü nəticəsində ərsəyə gəlmişdir.

Layihənin məqsədi gələcək nəsillərə yaşana bilən bir dünya miras qoymaq üçün meşə ekosistemi xidmətlərinin davamlılığını təmin etmək, qlobal inkişaf məqsədlərinə nail olmaq, yaşıl gələcəyə gedən yolda mənalı izlər buraxmaqdan ibarətdir.

Bayramlar və xüsusi günlərdə bir-birimizə hədiyyələr veririk, bu hədiyyələrin bəziləri qısa ömürlü, bəziləri isə ehtiyacımız olmayan, istifadə etmədən kənara qoyacağımız əşyalardan ibarət olur. “Yaşıl Gələcək” layihəsi sayəsində verilən hədiyyəni daha mənalı, qalıcı etməklə yalnız həmin şəxsə deyil, həm də yaşıl gələcəyə töhfə verəcək şəkildə seçə bilərsiniz.

Əkdiyimiz hər bir ağacla ölkəmizin ekoloji şəraitinin yaxşılaşmasına kömək edirik. Təbiətimizi sevmək, onu qorumaq və bu sevgini təbliğ etmək vacib məsələdir.

Ağaclar Yer üzündəki həyatın davamediciliyi baxımından çox önəmlidir. Ağac əkmək təbiətə can vermək, ətraf mühiti yaşıllaşdırmaq və onun faydalarından bəhrələnmək üçün gözəl bir təşəbbüsdür.

Təbiətimizi sevək, onu qoruyaq və bu sevgini paylaşaq.

Yaşıl gələcək bizdən sonrakı nəsillərə verə biləcəyimiz ən dəyərli mirasdır!