Saytımız vasitəsi ilə ağac əkmək çox sadədir. Saytın ana səhifəsində yerləşən mövzulardan birini seçdiyiniz təqdirdə Siz avtomatik olaraq ağacəkmə səhifəsinə yönləndiriləcəksiniz. Tələb olunan məlumatları daxil edib, ödəniş etməklə prosesi bir neçə dəqiqəyə tamamlaya bilərsiniz.
Ağacəkmə prosedurları ilə bağlı daha ətraflı məlumata ehtiyac yaranarsa, “İstifadəçi təlimatı” səhifəsinə nəzər yetirə bilərsiniz.
Layihə çərçivəsində ağac əkilməsi üçün minimum ödəniş məbləği tələb olunur. Əslində bu məbləğ ağacların əkilməsi üçün kifayət etmir, sadəcə simvolik xarakter daşıyır. Ağac tingləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” Açıq Səhmdar Cəmiyyəti (“Azəryaşlandşaft” ASC) tərəfindən təmin edilir. Veb-sayt vasitəsi ilə toplanan vəsait ağac əkilən ərazilərdə damcılı suvarma sisteminin quraşdırılmasına, əraziyə əlavə qulluq və mühafizə xərclərinə istifadə olunur.
Ağaclar illik əkin planına uyğun olaraq payız və ya yaz mövsümlərində keçirilən ağacəkmə aksiyalarında əkilir. Ağacəkmə aksiyaları barədə məlumatlar Nazirliyin rəsmi veb-saytında və KİV-də mütəmadi qaydada dərc edilir, sosial şəbəkə hesablarında paylaşılır.
Daha ətraflı məlumat üçün “Yeniliklər” bölməsinə nəzər yetirə bilərsiniz.
Ağacların əkilməsi və onlara aqrotexniki qulluğun göstərilməsi Nazirliyin ixtisaslı mütəxəssisləri tərəfindən həyata keçirilir. Ağacların əkilməsi müasir üsullarla aparılır və xüsusi texniki vasitələrdən istifadə olunur. İşin planlanan qrafikdə həyata keçirilməsi üçün bu prosesə birbaşa olaraq ağac əkilməsi üçün ödəniş edən şəxslər cəlb edilmir. Lakin mütəmadi olaraq iştirak edə biləcəyiniz açıq aksiyalar təşkil edilir.
Bu aksiyalar barədə məlumatlar Nazirliyin rəsmi veb-saytında və KİV-də mütəmadi qaydada dərc edilir və sosial şəbəkə hesablarında paylaşılır.
Daha ətraflı məlumat üçün “Yeniliklər” bölməsinə nəzər yetirə bilərsiniz.
Qəbul edilmiş vəsait barədə məlumatlar veb-saytın “Töhfə verənlər” bölməsində dərc edilir.
Qəbul edilmiş vəsaitin istiqaməti üzrə xərclənməsinə böyük diqqət və həssaslıqla yanaşılır. Hər il hesabatlılıq dövründə qəbul edilmiş vəsait və onların xərcləndiyi istiqamətlər üzrə hesabat tərtib olunur və saytda dərc edilir.
Bu mövzu ilə bağlı sizi maraqlandıran suallara aydınlıq gətirmək üçün əlaqə yaratmağınız və ya birbaşa sorğu ünvanlamağınız ([email protected]) mümkündür.
Daha ətraflı məlumat üçün “Yeniliklər” bölməsinə nəzər yetirə bilərsiniz.
Layihə çərçivəsində korporativ əməkdaşlıq edilməsi və ya birgə aksiyaların təşkil edilməsi mümkündür.
Bu mövzuda daha ətraflı məlumat əldə etmək üçün “Korporativ əməkdaşlıq” səhifəsinə nəzər yetirə bilərsiniz.