Ağac ək


“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib

icon donation 24 Dekabr 2024

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə keçirilən növbəti ağacəkmə aksiyasına ETSN-in, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi və əməkdaşları, eləcə də din xadimləri, müxtəlif dini konfessiya nümayəndələri, həmçinin Dövlət Komitəsinin könüllüləri və ekokönüllülər qoşulub.

Müşfiqabad qəsəbəsində keçirilən aksiyası zamanı Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun ağaclar əkilib.

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən ağacəkmə aksiyasının məqsədi ictimaiyyətin diqqətini yaşıllıqların bərpasına və artırılmasına yönəltmək, ətraf mühitin mühafizəsinə və iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verməkdir.

DİM

BİZ DAYANIQLI İNKİŞAF
HƏDƏFLƏRİNƏ İNANIRIQ!

Davamlı İnkişaf Məqsədləri qarşıdakı illər ərzində ölkələrin "heç kəsi kənarda qoymamaq" prinsipini rəhbər tutmasını və iqlim dəyişikliyi ilə mübarizə aparmaq məqsədilə bütün səylərini səfərbər edilməsini tələb edir. Bu məqsədlər sayəsində birləşərək gələcəksiz, qeyri-bərabər, texnoloji geriləmə ilə olan inkişafa yox deyirik!