Ağac ək


Ağacəkmə aksiyaları davam edir

icon donation 01 Fevral 2025

Ekologiya və Təbii Sərvətlər, Gənclər və İdman nazirliklərinin və Gənclər Fondunun birgə təşkilatçılığı ilə Bakının Müşfiqabad qəsəbəsində “Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.

Hər iki qurumun rəsmilərinin və əməkdaşlarının, Gənclər Evləri və QHT nümayəndələrinin, eyni zamanda könüllülərin iştirakı ilə keçirilən aksiya çərçivəsində Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.

Ağacəkmə aksiyasının keçirilməsində məqsəd yaşıllıq sahələrinin artırılmasını təşviq etmək, ətraf mühitin mühafizəsi, ekoloji təhlükəsizliyin təmini və iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verməkdir.

DİM

BİZ DAYANIQLI İNKİŞAF
HƏDƏFLƏRİNƏ İNANIRIQ!

Davamlı İnkişaf Məqsədləri qarşıdakı illər ərzində ölkələrin "heç kəsi kənarda qoymamaq" prinsipini rəhbər tutmasını və iqlim dəyişikliyi ilə mübarizə aparmaq məqsədilə bütün səylərini səfərbər edilməsini tələb edir. Bu məqsədlər sayəsində birləşərək gələcəksiz, qeyri-bərabər, texnoloji geriləmə ilə olan inkişafa yox deyirik!