Ağac ək


5 mart Bədən Tərbiyəsi və İdman Günü münasibətilə ağacəkmə aksiyası keçirilib

icon donation 05 Mart 2025

 
Azərbaycan Milli Olimpiya Komitəsinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşəbbüsü ilə Hərbi Qənimətlər Parkında Bədən Tərbiyəsi və İdman Günü münasibətilə ağacəkmə aksiyası keçirilib.

Aksiyada Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibi Azər Əliyev, Olimpiya çempionları, idman ictimaiyyətinin, Deflimpiya Komitəsinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri və ekokönüllülər iştirak edib.

Çempionlar xiyabanının yaradılması məqsədilə 100 ədəd Eldar şamı ağacı əkilib.

DİM

BİZ DAYANIQLI İNKİŞAF
HƏDƏFLƏRİNƏ İNANIRIQ!

Davamlı İnkişaf Məqsədləri qarşıdakı illər ərzində ölkələrin "heç kəsi kənarda qoymamaq" prinsipini rəhbər tutmasını və iqlim dəyişikliyi ilə mübarizə aparmaq məqsədilə bütün səylərini səfərbər edilməsini tələb edir. Bu məqsədlər sayəsində birləşərək gələcəksiz, qeyri-bərabər, texnoloji geriləmə ilə olan inkişafa yox deyirik!