Ağac ək


Ağacəkmə aksiyaları davam edir

icon donation 17 Mart 2025

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Bakının Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib.

"Camphood" şirkətinin təşəbbüsü ilə dəvət olunmuş uşaqların və ekokönüllülərin iştirakı ilə keçirilən aksiya çərçivəsində Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.

Ağacəkmə aksiyasının keçirilməsində məqsəd yaşıllıq sahələrinin artırılmasını təşviq etmək, ekoloji tarazlığın qorunması, təbii mühitin yaxşılaşdırılması və iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verməkdir.

DİM

BİZ DAYANIQLI İNKİŞAF
HƏDƏFLƏRİNƏ İNANIRIQ!

Davamlı İnkişaf Məqsədləri qarşıdakı illər ərzində ölkələrin "heç kəsi kənarda qoymamaq" prinsipini rəhbər tutmasını və iqlim dəyişikliyi ilə mübarizə aparmaq məqsədilə bütün səylərini səfərbər edilməsini tələb edir. Bu məqsədlər sayəsində birləşərək gələcəksiz, qeyri-bərabər, texnoloji geriləmə ilə olan inkişafa yox deyirik!