Ağac ək


Ağacəkmə aksiyaları davam edir

icon donation 19 Mart 2025

Novruz bayramının dördüncü və sonuncu çərşənbəsi olan Torpaq Çərşənbəsi münasibətilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Bakının Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib.

1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdləri, UNEC nəzdində Sosial-İqtisadi Kollecinin tələbələri və ekokönüllülərin iştirakı ilə keçirilən aksiya çərçivəsində Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.

Ağacəkmə aksiyasının keçirilməsində məqsəd ekoloji tarazlığın qorunmasına töhfə vermək, yaşıllıqların artırılması və ətraf mühitin mühafizəsini təşviq etməkdir.

DİM

BİZ DAYANIQLI İNKİŞAF
HƏDƏFLƏRİNƏ İNANIRIQ!

Davamlı İnkişaf Məqsədləri qarşıdakı illər ərzində ölkələrin "heç kəsi kənarda qoymamaq" prinsipini rəhbər tutmasını və iqlim dəyişikliyi ilə mübarizə aparmaq məqsədilə bütün səylərini səfərbər edilməsini tələb edir. Bu məqsədlər sayəsində birləşərək gələcəksiz, qeyri-bərabər, texnoloji geriləmə ilə olan inkişafa yox deyirik!