Ağdam şəhərində keçirilən Azərbaycanla BMT arasında əməkdaşlığa həsr olunmuş görüş çərçivəsində, tədbir iştirakçıları Ağdam ərazisində xüsusi ayrılmış sahədə Ulu Öndər Heydər Əliyevin 100-cü ildönümü münasibətilə ağac əkiblər.
Tədbirdə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi xanım Vladanka Andreyeva, Azərbaycanın hökumət nümayəndələri, BMT sisteminin ölkəmizdə fəaliyyət göstərən müxtəlif agentliklərinin nümayəndələri iştirak ediblər.