Ağac ək


Müşfiqabad qəsəbəsində növbəti ağacəkmə aksiyası keçirilib

icon donation 28 Aprel 2025

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Yasamal Rayon İcra Hakimiyyəti, YAP Yasamal Rayon Təşkilatı və Bakı Dövlət Universitetinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.
 
Ağacəkmə aksiyasında ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hüseyn Əfəndiyev və müavini Orxan Məmmədov, YAP Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyev, Bakı Dövlət Universitetinin prorektoru Fərda İmanov, sözügedən qurumların əməkdaşları və ekokönüllülər iştirak edib.

Müşfiqabad qəsəbəsində baş tutan aksiya çərçivəsində Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun olan Eldar şamı və zeytun ağacları əkilib.

DİM

BİZ DAYANIQLI İNKİŞAF
HƏDƏFLƏRİNƏ İNANIRIQ!

Davamlı İnkişaf Məqsədləri qarşıdakı illər ərzində ölkələrin "heç kəsi kənarda qoymamaq" prinsipini rəhbər tutmasını və iqlim dəyişikliyi ilə mübarizə aparmaq məqsədilə bütün səylərini səfərbər edilməsini tələb edir. Bu məqsədlər sayəsində birləşərək gələcəksiz, qeyri-bərabər, texnoloji geriləmə ilə olan inkişafa yox deyirik!