Ağac ək


Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası keçirilib

icon donation 01 Noyabr 2025

8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan Respublikası Hesablama Palatasının və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının, eləcə də ekokönüllülərin iştirakı ilə Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası təşkil olunub.

Aksiya çərçivəsində ərazinin torpaq-iqlim şəraitinə uyğun olaraq Eldar şamı və zeytun ağacları əkilib.

Tədbirin əsas məqsədi ölkəmizdə ekoloji tarazlığın qorunmasına, ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıq sahələrinin genişləndirilməsinə və iqlim dəyişikliyi ilə mübarizə tədbirlərinə töhfə verməkdir.

DİM

BİZ DAYANIQLI İNKİŞAF
HƏDƏFLƏRİNƏ İNANIRIQ!

Davamlı İnkişaf Məqsədləri qarşıdakı illər ərzində ölkələrin "heç kəsi kənarda qoymamaq" prinsipini rəhbər tutmasını və iqlim dəyişikliyi ilə mübarizə aparmaq məqsədilə bütün səylərini səfərbər edilməsini tələb edir. Bu məqsədlər sayəsində birləşərək gələcəksiz, qeyri-bərabər, texnoloji geriləmə ilə olan inkişafa yox deyirik!