Ağac ək


Od çərşənbəsində məktəblilərin iştirakı ilə ağacəkmə aksiyası keçirilib

icon donation 04 Mart 2026

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Bakının Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib.

Novruz bayramının ikinci çərşənbəsi olan Od çərşənbəsi münasibətilə təşkil edilən aksiya çərçivəsində Kaspi liseyinin şagirdləri və ekokönüllülərin iştirakı ilə Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.

Aksiyanın məqsədi yaşıllıq sahələrinin genişləndirilməsini təşviq etmək, ətraf mühitin mühafizəsinə diqqəti artırmaq, iqlim dəyişikliyi ilə mübarizəyə töhfə vermək, həmçinin məktəblilər arasında ekoloji məsuliyyət hissini gücləndirmək və təbiətə qayğı mədəniyyətini formalaşdırmaqdır.

Qeyd edək ki, təşkil olunan ağacəkmə aksiyaları Bakıda keçiriləcək Ümumdünya Ətraf Mühit Günü və Ümumdünya Şəhərsalma Forumu (WUF13) ərəfəsində ölkəmizdə ekoloji təşəbbüslərin təşviqi, ətraf mühitin qorunmasına ictimai diqqətin artırılması və yaşıllaşdırma tədbirlərinin davamlı şəkildə həyata keçirilməsinə xidmət edir.

DİM

BİZ DAYANIQLI İNKİŞAF
HƏDƏFLƏRİNƏ İNANIRIQ!

Davamlı İnkişaf Məqsədləri qarşıdakı illər ərzində ölkələrin "heç kəsi kənarda qoymamaq" prinsipini rəhbər tutmasını və iqlim dəyişikliyi ilə mübarizə aparmaq məqsədilə bütün səylərini səfərbər edilməsini tələb edir. Bu məqsədlər sayəsində birləşərək gələcəksiz, qeyri-bərabər, texnoloji geriləmə ilə olan inkişafa yox deyirik!