Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və ICESCO-nun Bakı Regional Ofisinin əməkdaşlığı, Azərbaycan Könüllü Təşkilatları İttifaqının və Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib.
Aksiya çərçivəsində Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun 300-dən çox Eldar şamı və zeytun ağacları əkilib.
Qeyd edək ki, aksiya ICESCO-nun Bakı Regional Ofisinin əhatə etdiyi Azərbaycan, Özbəkistan, Tacikistan, Qazaxıstan və Qırğızıstanda ekologiya sahəsində fəaliyyət göstərən qurumlarla tərəfdaşlıq əsasında həyata keçirilən “Yaşıl budaqlar” regional ağacəkmə kampaniyası çərçivəsində baş tutub.
“Yaşıl budaqlar” təşəbbüsünün əsas məqsədi yaşıllıq sahələrinin genişləndirilməsi, ekoloji tarazlığın qorunmasına töhfə verilməsi və ətraf mühitin mühafizəsi ilə bağlı ictimai maarifləndirmənin artırılmasıdır.