Ağac ək


Ümumdünya Ətraf Mühit Gününə həsr olunmuş genişmiqyaslı ağacəkmə aksiyası keçirilib

icon donation 24 Aprel 2026

5 iyun – Ümumdünya Ətraf Mühit Günü ilə əlaqədar Bakıda keçiriləcək tədbirlərə töhfə vermək məqsədilə Müşfiqabad qəsəbəsi ərazisində genişmiqyaslı ağacəkmə aksiyası təşkil olunub.

Aksiya Ekologiya və Təbii Sərvətlər Nazirliyi, IDEA İctimai Birliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi əməkdaşlarının, eləcə də Azərbaycan Könüllü Təşkilatları İttifaqına üzv könüllülərin, məktəblilərin və ekokönüllülərin iştirakı ilə baş tutub.

Ümumilikdə 200-dən artıq iştirakçının qatıldığı tədbirdə Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.

Aksiyanın keçirilməsində əsas məqsəd yaşıllıq sahələrinin genişləndirilməsini təşviq etmək, ətraf mühitin mühafizəsinə ictimai diqqəti artırmaq, iqlim dəyişikliyi ilə mübarizəyə töhfə vermək, həmçinin cəmiyyətdə ekoloji məsuliyyətin gücləndirilməsinə dəstək göstərməkdir.

Qeyd edək ki, BMT-nin Ətraf Mühit Proqramı tərəfindən hər il təşkil olunan Ümumdünya Ətraf Mühit Gününə 2026-cı ildə Azərbaycan ev sahibliyi edəcək. Bu mühüm hadisə ölkəmizin ətraf mühitin mühafizəsi sahəsində beynəlxalq əməkdaşlığa verdiyi töhfənin tanıdılması ilə yanaşı, COP29 nəticələrinin təşviqinə və Azərbaycanda keçiriləcək Ümumdünya Şəhərsalma Forumu (WUF13) ilə sinerjinin gücləndirilməsinə xidmət edəcək.

DİM

BİZ DAYANIQLI İNKİŞAF
HƏDƏFLƏRİNƏ İNANIRIQ!

Davamlı İnkişaf Məqsədləri qarşıdakı illər ərzində ölkələrin "heç kəsi kənarda qoymamaq" prinsipini rəhbər tutmasını və iqlim dəyişikliyi ilə mübarizə aparmaq məqsədilə bütün səylərini səfərbər edilməsini tələb edir. Bu məqsədlər sayəsində birləşərək gələcəksiz, qeyri-bərabər, texnoloji geriləmə ilə olan inkişafa yox deyirik!