Ağac ək


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad edib

icon donation 10 May 2026

Müasir Azərbaycanın qurucusu və memarı, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib.

Aksiyada ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov və Nazirliyin kollektivinin iştirakı ilə Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.

Daha sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib. Azərbaycanın dövlətçilik tarixində əvəzsiz rolu olan dahi şəxsiyyətin abidəsi önünə gül dəstələri düzülüb və əziz xatirəsi dərin ehtiramla yad olunub.

Sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarı ziyarət olunub, xatirəsi yad edilib, məzarı üzərinə gül dəstələri qoyulub.

DİM

BİZ DAYANIQLI İNKİŞAF
HƏDƏFLƏRİNƏ İNANIRIQ!

Davamlı İnkişaf Məqsədləri qarşıdakı illər ərzində ölkələrin "heç kəsi kənarda qoymamaq" prinsipini rəhbər tutmasını və iqlim dəyişikliyi ilə mübarizə aparmaq məqsədilə bütün səylərini səfərbər edilməsini tələb edir. Bu məqsədlər sayəsində birləşərək gələcəksiz, qeyri-bərabər, texnoloji geriləmə ilə olan inkişafa yox deyirik!