Ağac ək


Ümumdünya Ətraf Mühit Günü münasibətilə ağacəkmə aksiyası təşkil olunub

icon donation 06 İyun 2026

5 iyun – Ümumdünya Ətraf Mühit Günü (WED) çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib.

Aksiyada ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov, BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnger Andersen, BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi vəzifəsini icra edən, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəsi Muhammad Nasar Hayat, Azərbaycan Respublikasının Keniya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Sultan Hacıyev, Nazirliyin rəsmiləri, UNEP nümayəndələri və ekokönüllülər iştirak ediblər.

Tədbir çərçivəsində Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.

Aksiyanın məqsədi Ümumdünya Ətraf Mühit Gününün əhəmiyyətini vurğulamaq, Azərbaycanın ətraf mühitin mühafizəsi, yaşıllaşdırma və iqlim dəyişiklikləri ilə mübarizə sahəsində həyata keçirdiyi təşəbbüsləri diqqətə çatdırmaq, eyni zamanda cəmiyyətdə ekoloji məsuliyyətin və təbiətə qayğı mədəniyyətinin təşviqidir.

DİM

BİZ DAYANIQLI İNKİŞAF
HƏDƏFLƏRİNƏ İNANIRIQ!

Davamlı İnkişaf Məqsədləri qarşıdakı illər ərzində ölkələrin "heç kəsi kənarda qoymamaq" prinsipini rəhbər tutmasını və iqlim dəyişikliyi ilə mübarizə aparmaq məqsədilə bütün səylərini səfərbər edilməsini tələb edir. Bu məqsədlər sayəsində birləşərək gələcəksiz, qeyri-bərabər, texnoloji geriləmə ilə olan inkişafa yox deyirik!