Ağac ək


Zəfər Günü ilə bağlı ağacəkmə aksiyası keçirilib

icon donation 05 Noyabr 2026

8 Noyabr – Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər və Gənclər və İdman nazirliklərinin təşkilatçılığı ilə Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib.

Ağacəkmə aksiyasında ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov, gənclər və idman naziri Fərid Qayıbov, hər iki qurumun rəhbər heyəti, əməkdaşları, eləcə də gənclər və könüllülər iştirak edib.

Tədbir çərçivəsində Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.

DİM

BİZ DAYANIQLI İNKİŞAF
HƏDƏFLƏRİNƏ İNANIRIQ!

Davamlı İnkişaf Məqsədləri qarşıdakı illər ərzində ölkələrin "heç kəsi kənarda qoymamaq" prinsipini rəhbər tutmasını və iqlim dəyişikliyi ilə mübarizə aparmaq məqsədilə bütün səylərini səfərbər edilməsini tələb edir. Bu məqsədlər sayəsində birləşərək gələcəksiz, qeyri-bərabər, texnoloji geriləmə ilə olan inkişafa yox deyirik!