Ağac ək


8 noyabr – Zəfər Günü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin birgə təşkilatçılığı ilə Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib.

icon donation 07 Noyabr 2026

Aksiyada Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, Agentliyin İdarə Heyətinin sədri Vüqar Süleymanov, hər iki qurumun kollektivi, eləcə də könüllülər iştirak edib.

Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin yad edilməsi, onların Vətən qarşısında göstərdikləri fədakarlığın ehtiramla anılması, eləcə də Zəfər Gününün tarixi və mənəvi əhəmiyyətinin yaşadılması məqsədi ilə keçirilən ağacəkmə aksiyası çərçivəsində Müşfiqabad qəsəbəsində ərazinin torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.

DİM

BİZ DAYANIQLI İNKİŞAF
HƏDƏFLƏRİNƏ İNANIRIQ!

Davamlı İnkişaf Məqsədləri qarşıdakı illər ərzində ölkələrin "heç kəsi kənarda qoymamaq" prinsipini rəhbər tutmasını və iqlim dəyişikliyi ilə mübarizə aparmaq məqsədilə bütün səylərini səfərbər edilməsini tələb edir. Bu məqsədlər sayəsində birləşərək gələcəksiz, qeyri-bərabər, texnoloji geriləmə ilə olan inkişafa yox deyirik!