Ağac ək


“Gələcəyə nəfəs”

icon donation 11 Noyabr 2022

Azərbaycan növbəti dəfə Türkiyənin “Gələcəyə nəfəs!” adlı ağacəkmə aksiyasına qoşulub.

Azərbaycan "Gələcəyə nəfəs!" şüarı altında kütləvi ağacəkmə aksiyasına dəstək məqsədilə növbəti dəfə qardaş Türkiyənin genişmiqyaslı kampaniyasına qoşulub. Qardaş ölkənin bu nəcib aksiyasına töhfə vermək məqsədilə bu gün ölkəmizdə 111 min 111 ağac əkilib.

Aksiya çərçivəsində noyabrın 11-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, Nazirliyin və IDEA İctimai Birliyinin könüllüləri, Türkiyə, Qazaxıstan, Macarıstan, Özbəkistan və Türkmənistanın ölkəmizdəki səfirliklərinin rəhbər şəxsləri Müşfiqabadda 11 min 111 ədəd zeytun və şam ağacı əkiblər.

Qeyd edək ki, noyabrın 11-də Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə iştirak edən Prezident İlham Əliyev, digər dövlət və hökumət başçıları Səmərqəndin "Registan" meydanında ağac əkiblər. 

Səmərqənddə keçirilən ağacəkmə mərasimi ilə eyni vaxtda Azərbaycandan başqa, Türkiyədə, Qazaxıstanda, Qırğızıstanda, Macarıstanda, Özbəkistanda və Türkmənistanda da ağacəkmə aksiyaları təşkil olunub.

Xatırladaq ki, bu aksiyaya 2019-cu ildə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən noyabrın 11-nin Milli Yaşıllaşdırma Günü elan edilməsindən sonra start verilib.

DİM

BİZ DAYANIQLI İNKİŞAF
HƏDƏFLƏRİNƏ İNANIRIQ!

Davamlı İnkişaf Məqsədləri qarşıdakı illər ərzində ölkələrin "heç kəsi kənarda qoymamaq" prinsipini rəhbər tutmasını və iqlim dəyişikliyi ilə mübarizə aparmaq məqsədilə bütün səylərini səfərbər edilməsini tələb edir. Bu məqsədlər sayəsində birləşərək gələcəksiz, qeyri-bərabər, texnoloji geriləmə ilə olan inkişafa yox deyirik!