Ağac ək


Meşə fondu ərazilərində payız əkin mövsümü hazırlıqlarına başlanılıb

icon donation 18 İyul 2023

Payız əkin mövsümündə meşəbərpa tədbirlərinin həyata keçirilməsi məqsədilə Regional Meşə Təsərrüfatı Mərkəzlərinin xidməti ərazilərində hazırlıq işlərinə başlanılıb.

Regional Meşə Təsərrüfatı Mərkəzlərinin tinglik sahələrində aqrotexniki qaydalara uyğun olaraq xidmət, suvarma və dərmanlama işləri aparılır, əkin materiallarına üzvi və mineral gübrələr verilir, payız mövsümündə meşəbərpa tədbirlərinin keçiriləcəyi ərazilərdə torpaq hazırlığı işləri görülür.

Tinglik sahələrində payız mövsümünədək 5 milyon fıstıq, vələs, cökə, ağcaqayın, dəmirağacı, qarağac, çinar, göyrüş, qoz, şabald, şam, sərv və digər ağac tinginin yetişdirilməsi nəzərdə tutulub.

DİM

BİZ DAYANIQLI İNKİŞAF
HƏDƏFLƏRİNƏ İNANIRIQ!

Davamlı İnkişaf Məqsədləri qarşıdakı illər ərzində ölkələrin "heç kəsi kənarda qoymamaq" prinsipini rəhbər tutmasını və iqlim dəyişikliyi ilə mübarizə aparmaq məqsədilə bütün səylərini səfərbər edilməsini tələb edir. Bu məqsədlər sayəsində birləşərək gələcəksiz, qeyri-bərabər, texnoloji geriləmə ilə olan inkişafa yox deyirik!