Ağac ək


Meşə fondu ərazilərində payız əkin mövsümünə hazırlıq işləri davam edir

icon donation 26 İyul 2023

Payız əkin mövsümündə meşəbərpa tədbirlərinin həyata keçirilməsi məqsədilə Regional Meşə Təsərrüfatı Mərkəzlərinin xidməti ərazilərində iyul ayının əvvəlindən bugünədək ümumilikdə 94 hektar ərazidə şumlama işləri aparılıb.

Sabirabad rayonunun 45, Ağcabədi rayonunun 32, Quba rayonunun 9, Şəki rayonunun 4, Şabran rayonunun 2, Tovuz və Şəmkir rayonlarının isə 1 hektar meşə fondu ərazisində torpaq hazırlığı işləri aparılıb.

Payız əkin planına uyğun olaraq sözügedən rayonların meşə ərazilərində Regional Meşə Təsərrüfatı Mərkəzlərinin tinglik sahələrində yetişdirilən ağcaqayın, qarağac, çinar, cökə, göyrüş, akasiya, palıd, fıstıq, vələs və digər ağac növləri əkiləcək, toxumlar səpiləcək.

DİM

BİZ DAYANIQLI İNKİŞAF
HƏDƏFLƏRİNƏ İNANIRIQ!

Davamlı İnkişaf Məqsədləri qarşıdakı illər ərzində ölkələrin "heç kəsi kənarda qoymamaq" prinsipini rəhbər tutmasını və iqlim dəyişikliyi ilə mübarizə aparmaq məqsədilə bütün səylərini səfərbər edilməsini tələb edir. Bu məqsədlər sayəsində birləşərək gələcəksiz, qeyri-bərabər, texnoloji geriləmə ilə olan inkişafa yox deyirik!