Ağac ək


Bugünədək 277 hektar meşə fondu ərazisi payız əkin mövsümü üçün hazır vəziyyətə gətirilib

icon donation 12 Sentyabr 2023

Respublikanın meşə fondu torpaqlarında payız əkin mövsümündə meşəbərpa tədbirlərinin həyata keçirilməsi məqsədilə Regional Meşə Təsərrüfatı Mərkəzlərinin xidməti ərazilərində torpaq hazırlığı işləri davam edir.

Əkin mövsümü ilə əlaqədar Lənkəran, Tovuz, Sabirabad, Şabran, Quba, İsmayıllı, Şəki, Zaqatala, Ağcabədi, Göygöl, Cəlilabad, Bərdə, Şəmkir və Oğuz rayonlarının meşə fondu torpaqlarının açıq sahələrində bugünədək, ümumilikdə 277 hektar ərazidə torpaq hazırlığı işləri aparılıb.

Payız əkin planına uyğun olaraq meşə sahələrində hər bölgənin torpaq-iqlim şəraitinə uyğun Regional Meşə Təsərrüfatı Mərkəzlərinin tinglik sahələrində yetişdirilmiş palıd, fıstıq, vələs, ağcaqayın, qarağac, çinar, cökə, göyrüş və digər müxtəlif cinsli ağaclar əkiləcək, toxumlar səpiləcək.

DİM

BİZ DAYANIQLI İNKİŞAF
HƏDƏFLƏRİNƏ İNANIRIQ!

Davamlı İnkişaf Məqsədləri qarşıdakı illər ərzində ölkələrin "heç kəsi kənarda qoymamaq" prinsipini rəhbər tutmasını və iqlim dəyişikliyi ilə mübarizə aparmaq məqsədilə bütün səylərini səfərbər edilməsini tələb edir. Bu məqsədlər sayəsində birləşərək gələcəksiz, qeyri-bərabər, texnoloji geriləmə ilə olan inkişafa yox deyirik!