Ağac ək


"Türk dövlətləri milli ağaclandırma günü“ndə ölkə ərazisində 11 min 111 ağac əkilib

icon donation 11 Noyabr 2023

11 noyabr 2023-cü il tarixində Azərbaycanda növbəti dəfə qardaş Türkiyənin başlatdığı ağacəkmə aksiyası təşkil olunub, ölkə ərazisində 11 min 111 ədəd ağac əkilib.

Qeyd edək ki, bu ildən 11 noyabr tarixi "Türk dövlətləri milli ağaclandırma günü“ kimi qeyd olunur və Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrdə kütləvi ağacəkmə aksiyaları keçirilir.

Müşfiqabad qəsəbəsində təşkil olunan ağacəkmə tədbirində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi, Türkiyə, Qazaxıstan, Macarıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistanın ölkəmizdəki səfirliklərinin rəhbər şəxsləri, Şimali Kipr Türk Cümhuriyyətinin nümayəndələri, həmçinin qonaq qismində Tacikistanın səfirlik əməkdaşları, tərəfdaş təşkilatlar və könüllülər iştirak edib.

İrimiqyaslı ağacəkmə aksiyalarının keçirilməsi və yeni yaşıllıq sahələrinin salınması dünya dövlətlərinin, o cümlədən Azərbaycanın iqlim dəyişmələrinin fəsadlarını minimuma endirmək üçün qoşulduğu təşəbbüslərə dəstək və töhfədir.

Tərəfdaş

TamEko
VISA Classic Debet

Kart tam ekoloji material olmaqla dünya okeanından toplanmış təkrar emal olunan plastik materialdan hazırlanıb. TamEko kartı sifariş verdiyiniz zaman hər karta görə bir ağac əkiləcək.