Ağac ək


Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar ağacəkmə aksiyası keçirilib

icon donation 04 Mart 2023

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Dövlət Gömrük Komitəsinin təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar ağacəkmə aksiyası keçirilib.

ETSN-in, DGK-in rəsmiləri və əməkdaşlarının, eyni zamanda könüllülərin iştirakı ilə Müşfiqabad qəsəbəsində keçirilən ağacəkmə zamanı 3 hektar ərazidə Abşeron yarımadasının iqliminə uyğun 2500 ədəd Eldar şamı və zeytun ağacı əkilib.

DİM

BİZ DAYANIQLI İNKİŞAF
HƏDƏFLƏRİNƏ İNANIRIQ!

Davamlı İnkişaf Məqsədləri qarşıdakı illər ərzində ölkələrin "heç kəsi kənarda qoymamaq" prinsipini rəhbər tutmasını və iqlim dəyişikliyi ilə mübarizə aparmaq məqsədilə bütün səylərini səfərbər edilməsini tələb edir. Bu məqsədlər sayəsində birləşərək gələcəksiz, qeyri-bərabər, texnoloji geriləmə ilə olan inkişafa yox deyirik!