Ağac ək


Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar növbəti ağacəkmə aksiyası keçirilib

icon donation 18 Noyabr 2023

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, ekokönüllülər, ADA Universitetinin müəllim və tələbə heyətinin iştirakı ilə Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib, Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və sərv ağacları əkilib.

Ağacəkmə tədbirlərinin keçirilməsində məqsəd Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, ağac əkilməsini və yaşıllıqların çoxaldılmasını təşviq edərək cəmiyyətdə ekoloji mədəniyyəti və təbiətə qayğı ənənələrini formalaşdırmaqdır.

Tərəfdaş

TamEko
VISA Classic Debet

Kart tam ekoloji material olmaqla dünya okeanından toplanmış təkrar emal olunan plastik materialdan hazırlanıb. TamEko kartı sifariş verdiyiniz zaman hər karta görə bir ağac əkiləcək.