Ağac ək


Azərbaycan könüllülərinin iştirakı ilə ağacəkmə aksiyası keçirilib

icon donation 03 Fevral 2024

 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə 50-dən çox könüllünün iştirakı ilə Müşfiqabad qəsəbəsində 1000 ədəd zeytun, sərv və Eldar şamı ağacı əkilib.

Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan 2 Fevral - Gənclər Günü ilə əlaqədar təşkil edilən ağacəkmə aksiyası gənc nəslin ekoloji biliklərinin formalaşmasına töhfə vermək, gənclərin diqqətini ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıqların bərpasına və artırılmasına yönəltmək məqsədi daşıyır.

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində kütləvi ağac əkmə kampaniyalarına gənclərin start verməsi, ətraf mühitin dayanıqlı mühafizəsinin təmin edilməsində gənclərin əsas hərəkətverici qüvvə kimi nümunə olduğunu, onların ətraf mühitə münasibətdə məsuliyyətini nümayiş etdirməkdir.

DİM

BİZ DAYANIQLI İNKİŞAF
HƏDƏFLƏRİNƏ İNANIRIQ!

Davamlı İnkişaf Məqsədləri qarşıdakı illər ərzində ölkələrin "heç kəsi kənarda qoymamaq" prinsipini rəhbər tutmasını və iqlim dəyişikliyi ilə mübarizə aparmaq məqsədilə bütün səylərini səfərbər edilməsini tələb edir. Bu məqsədlər sayəsində birləşərək gələcəksiz, qeyri-bərabər, texnoloji geriləmə ilə olan inkişafa yox deyirik!