Ağac ək


“22 aprel- Yer Günü” ilə əlaqədar Müşfiqabadda növbəti ağacəkmə aksiyası keçirilib

icon donation 22 Aprel 2024

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “PwC Azerbaijan” şirkətinin birgə təşkilatçılığı ilə keçirilən aksiyada şirkətin əməkdaşlarının, onların azyaşlı övladlarının və ekokönüllülərin iştirakı ilə Abşeron yarımadasının torpaq iqlim şəraitinə uyğun müxtəlif növ ağaclar əkilib.

Qeyd edək ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində hər kəsin diqqətini ətraf mühit məsələlərinə yönəltmək və gənc nəslə planetimiz üçün məsuliyyət hissini öyrətmək məqsədilə ekoloji təqvim günləri xüsusi maarifləndirici tədbirlərlə qeyd olunur.

DİM

BİZ DAYANIQLI İNKİŞAF
HƏDƏFLƏRİNƏ İNANIRIQ!

Davamlı İnkişaf Məqsədləri qarşıdakı illər ərzində ölkələrin "heç kəsi kənarda qoymamaq" prinsipini rəhbər tutmasını və iqlim dəyişikliyi ilə mübarizə aparmaq məqsədilə bütün səylərini səfərbər edilməsini tələb edir. Bu məqsədlər sayəsində birləşərək gələcəksiz, qeyri-bərabər, texnoloji geriləmə ilə olan inkişafa yox deyirik!