Ağac ək


“Təbiəti qorumaq mənim əlimdədir” şüarı ilə ağacəkmə aksiyası keçirilib

icon donation 22 Aprel 2024

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və "Araz" supermarketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib. “Təbiəti qorumaq mənim əlimdədir” şüarı ilə keçirilən tədbirdə Nazirliyin və “Araz” supermarketlər şəbəkəsinin əməkdaşları, həmçinin ekokönüllülər iştirak ediblər.

Aksiya çərçivəsində Müşfiqabad qəsəbəsində Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.

Aksiyanın məqsədi ekoloji vəziyyətin sağlamlaşdırılmasına, iqlim dəyişikliyi ilə mübarizəyə töhfə vermək, ictimaiyyətin diqqətini bu sahəyə cəlb etmək və iştirakçılığını artırmaqdır.

DİM

BİZ DAYANIQLI İNKİŞAF
HƏDƏFLƏRİNƏ İNANIRIQ!

Davamlı İnkişaf Məqsədləri qarşıdakı illər ərzində ölkələrin "heç kəsi kənarda qoymamaq" prinsipini rəhbər tutmasını və iqlim dəyişikliyi ilə mübarizə aparmaq məqsədilə bütün səylərini səfərbər edilməsini tələb edir. Bu məqsədlər sayəsində birləşərək gələcəksiz, qeyri-bərabər, texnoloji geriləmə ilə olan inkişafa yox deyirik!